İran ABŞ-ın İraqdakı hərbi bazalarına ballistik raketlərlə hava zərbəsi endirib

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqın Ərbil və Anbar şəhərlərindəki hərbi bazalarına ballistik raketlərlə hava zərbəsi endirib.

1336543
İran ABŞ-ın İraqdakı hərbi bazalarına ballistik raketlərlə hava zərbəsi endirib

  İran İnqilab Mühafizəçiləri Korpusu ABŞ-ın İraqın Ərbil və Anbar şəhərlərindəki hərbi bazalarına ballistik raketlərlə hava zərbəsi endirib.

  İran dövlət televiziyası 15 raket atıldığını və 80 amerikalının öldürüldüyünü açıqlayıb.

  Ölkənin yarı rəsmi “Fars” xəbər agentliyi də hava zərbələrilə əlaqədar görüntüləri paylaşıb.

  İran İnqilab Mühafizəçiləri Korpusu tərəfindən yayılan bəyanatda bildirilir:

  “Yanvarın 3-də ABŞ-ın havadan hücumu nəticəsində öldürülən İran generalı Qasım Süleymaninin qisasının alınması əməliyyatı çərçivəsində ABŞ-ın İraqdakı Ayn əl-Əsəd hərbi-hava bazası qurudan quruya onlarla ballistik raket zərbəsilə vurulub.

  ABŞ hücuma cavab verərsə, daha sərt və dağıdıcı qisas alınacaq.

  Bölgədə ABŞ-ın hərbi bazalarına ev sahibliyi edən ölkələrə də xəbərdarlıq edirik: hər şəraitdə İrana qarşı düşməncəsinə və təcavüzkar əməliyyatların qaynağı hədəfə alınacaqdır. Törətdikləri cinayətdə sionist rejimi də günahkar ABŞ rejimindən ayrı tutmuruq.

  ABŞ xalqına isə bölgədəki əsgərlərinin daha çox zərər görməmələri üçün ölkələrinə çağırmalarını tövsiyə edirik”.

İran rəhbərliyi ABŞ-ın İraqdakı bazasını vurmasından sonra BMT Təhlükəsizlik Şurası və BMT-nin Baş katibi Antonio Quterreşə göndərdiyi məktubda "müharibə istəmədiklərini" bildirib. 

  Sözügedən mövzu ilə bağlı ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Amerika əsgərlərinin yerləşdiyi İraqdakı əl-Əsəd və Ərbil hərbi bazalarına 12-dən çox ballistik raket zərbəsi endirildiyini və ilk xəsarətin araşdırılmağa başlandığını bildirib.

  Pentaqonun sözçüsü Conatan Hofman (Jonathan Hoffman) verdiyi açıqlamada deyib:

  “7 yanvarda yerli vaxtla saat 5:30 radələrində İran İraqdakı ABŞ və koalisiya qüvvələrinə təxminən 12 raket zərbəsi endirdi. Raketlərin İrandan fırladıldığı, ABŞ və koalisiya əsgərlərinin olduğu əl-Əsədlə Ərbil bazalarını hədəfə aldığı aydındır. İlk xəsarəti müəyyənləşdirməyə çalışırıq. İranın mümkün bütün hücumlarına qarşı Pentaqon tədbirlərini gördü və iki hərbi baza siqnallara qarşı hazır vəziyyətə gətirildi.”

  Ağ Evin sözçüsü Stefan Qrisman isə prezident D.Trampın məlumatlandırıldığını və vəziyyətin yaxından təqib edildiyini söyləyib.



Әlaqәli Xәbәrlәr