Cavad Zərif : "ABŞ-nın bazalarına hücumdan əvvəl məlumat verdik"

ABŞ-nın bazalarına raket hücumundan əvvəl İraq hökumətinə məlumat verdik. Bunu İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

1337255
Cavad Zərif : "ABŞ-nın bazalarına hücumdan əvvəl məlumat verdik"

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə Zərif mövzu ilə bağlı açıqlamasında İnqilab Mühafizəçiləri Ordusunun ABŞ-ın İraqdakı bazalarına raket hücumlarının bu ölkənin suverenliyini pozmadığına diqqət çəkib.

İranlı general Qasim Süleymani və yoldaşlarının ölümü ilə nəticələnən hücumla əlaqəsi olan ABŞ bazasının hədəfə götürüldüyünü ifadə edən Zərif raket hücumu əvvli İraq hökumətinə məlumat verdiklərini, ölkəsinin İraqın suverenliyi və ərazi bütövlüyünə üstünlük verdiyini vurğulayıb.

İraq Baş naziri Adil Abdulmehdi də bu gün mövzuyla əlaqədar açıqlamasında İranın ABŞ bazalarına hücüm təşkil edəcəyinə dair daha əvvəl məlumat əldə etdiklərini bildirib.

 



Әlaqәli Xәbәrlәr