Suriya ərazilərindən Türkiyə sərhədinə köç davam edir

Suriyanın İdlib şəhərində Rusiya, Bəşər Əsəd rejimi və İran dəstəkli qrupların hücumları səbəbiylə 4 sutka ərzində Türkiyə sərhədinə köç edənlərin sayı 31 min nəfərə çatdı.

1336300
Suriya ərazilərindən Türkiyə sərhədinə köç davam edir

Məlumata görə 2019-cu ilin noyabr ayının bəri sərhəddə 359 min 471 Suriyalı köç edib. Bildirilir ki, Hücumlar yenidən şiddətlənərsə, İdlibin cənubundakı Cabal Əz-Zəviyyə bölgəsində də 250 mindən çox dinç sakin köçə məcbur olacaq. İdlibdə düşərgələrin dolu olması və yeni çatırların qurulmasına imkan olmaması, həmçinin infrastrukturun zəyifliyi və yardımların dayanması səbəbindən minlərlə vətəndaş sığınacaq tapmaqda çətinlik çəkir. Minlərlə qaçqın təcili yardım gözləyir.

Qeyd edək ki, Rusiya, rejim və İran dəstəkli terroristlərin İdlib Gərginliyin Azaldılması Bölgəsinə hücumları, 2019-cu ilin əvvəlindən bəri 1 milyon 300 min Suriyalının Türkiyə sərhədinə yaxın ərazilərə köç etməsinə gətirib çıxardı. Törədilən partlayışlarda isə 1600-dən çox məsum insan həyatını itirdi.



Әlaqәli Xәbәrlәr