İran nüvə müqavilələrinə dair vədlərin heç birinə əməl etməyəcəyini bildirdi

İran hökumətinin açıqlamasında rəsmi Tehranın bundan sonra uran zənginləşdirmə, saxlama, araşdırma və inkişaf etdirməsilə əlaqədar heç bir vədə əməl etməyəcəyi vurğulanıb.

1335175

Açıqlamada İranın sentrifuqa sayını məhdud etməyəcəyi, ölkənin nüvə proqramının da texniki ehtiyaclarına uyğun şəkildə tətbiq ediləcəyi bildirilib.

Rəsmi Tehranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyi vurğulanan açıqlamada sanksiyaların ləğv olunması və mənfəətlərin təmin edilməsi halında Tehran rəhbərliyinin müqaviləni müzakirə etməyə hazır olduğu qeyd edilib.

Digər tərəfdən İran Milli Təhlükəsizlik Ali Şurasının baş katibi Əli Şemhani İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üzrə komandiri general Süləymanini öldürən ABŞ-a “qətiyyətli olaraq hərbi cavab verəcəklərini” söyləyib.

İran dövlət mediasının xəbərinə görə, Əsəd rejiminin Təhlükəsizlik Şurası sədri Əli Məmluq ilə bir araya gələn Şemhani burada etdiyi çıxışda Süleymaninin öldürülməsilə əlaqədar “İranın cavabı qətiyyətli olaraq hərbi olacaqdır. İranın cavabı sadəcə hərbi cavabla da məhdud qalmayacaq” ifadəsini işlədib.

Әlaqәli Xәbәrlәr