Son dörd gündə 44 min dinc vətəndaş köç edib
Suriyanın İdlib şəhərində Rusiya, Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların hücumları səbəbindən Türkiyə sərhəd məntəqəsinə son dörd gündə 44 min dinc vətəndaş köç edib.

Suriyanın İdlib şəhərində Rusiya, Bəşər Əsəd rejimi və İranın dəstəklədiyi qrupların hücumları səbəbindən Türkiyə sərhəd məntəqəsinə son dörd gündə 44 min dinc vətəndaş köç edib.
Keçən noybr ayının əvvəlindən bəridir ev-eşiklərindən edilənlərin sayı 328 mini keçib.
Hücumların yenidən artması halında İdlibin cənubundakı Cebel ez-Zeviyə bölgəsində də köçlərin başlayacağından, bununla daha 250 min dinc vətəndaşın ev-eşiyindən olacağından təşviş duyulur.
İdlibdəki düşərgələrin dolması, yeni çadır qurulacaq yer ilə strukturun olmaması və yardımların azalması səbəbindən minlərlə mülki vətəndaş sığınacaq yer tapmaqda çətinlik çəkir.
Hücumlardan qaçaraq evsiz qalan minlərlə ailə yardım gözləyir.
Әlaqәli Xәbәrlәr

Birlәşmiş Millәtlәr Tәşkilatı İdlibә humanitar yardım göndәrib
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriyanın İdlib şəhərinə 86 yük maşını ilə humanitar yardım göndərdi.