Rusiya: “General Süleymaninin ölümü bölgədə gərginliyi artıracaq”

ABŞ-nın İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandiri Qasim Süleymanini öldürməsi bölgədə gərginliyin tarıma çəkilməsinə gətirib çıxara bilər. Bu Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

1334115
Rusiya: “General Süleymaninin ölümü bölgədə gərginliyi artıracaq”

Rusiya Xarici İşlər Nazirliyinin yerli mediada əks edən açıqlamasında Süleymanın öldürülməsinə görə İran xalqına başsağlığı verilib.

Süleymaninin həyatını İranın maraqlarına həsr etmiş bir şəxsiyyət olduğu ifadə edilən şərhdə ABŞ-ın Bağdaddakı raket hücumunda Süleymanını öldürməsi bölgədə gərginliyi artıracaq sərgüzəştli bir addım olaraq xarekterizə edilib.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon), İran İnqilab Keşikçiləri Korpusunun Qüds qüvvələri üzrə komandiri General Süleymani və Haşdi Şabi komandirinin müavini Əbu Mehdi Əl Mühəndisin Bağdad Havalımanında öldürüldüyünü açıqladı.



Әlaqәli Xәbәrlәr