Qüds ordusunun yeni komandiri İsmayıl Kaani oldu

İslam İnqilab lideri Ayətullah Xamenei Qüds Ordusuna yeni komandir təyin edib.

1334276
Qüds ordusunun yeni komandiri İsmayıl Kaani oldu

İranın rəsmi xəbər agentliyi İRNA-nın xəbərinə görə, Amerika Birləşmiş Ştatlarının İraqda həyata keçirdiyi hücum nəticəsində həyatını itirən İran İnqilab Keşikçiləri Korpusunun Qüsds qüvvələri üzrə komandiri Qasim Süleyməninin yerinə illərlə Qüds ordusunda birgə mübarizə apardığı general İsmayıl Kaani təyin edildi.

Dini lider Xamenei təyin işi ilə bağlı açıqlamasında Qüds ordusunun proqramının Süleymaninin dövründəki proqramla eyni olduğuna diqqət çəkib və general Kaaniyə Allahdan kömək diləyib.

 



Әlaqәli Xәbәrlәr