İraq ordusu: "Nümayişçilər ABŞ səfirliyinin qarşısından çəkilib"

İraq Birgə Əməliyyat Komandanlığı ABŞ-ın Bağdad səfirliyi qarşısında nümayiş keçirən İrana yaxın “Haşdi Şabi” tərəfdarlarının bölgədən çəkildiyini açıqladı.

1333155

İraq Birgə Əməliyyat Komandanlığından verilən yazılı açıqlamada bildirilib ki, ABŞ-ın Bağdaddakı səfirliyi qarşısında və ətrafında olan bütün etirazçılar geri çəkildi və qurulan çadırlar da götürüldü.

Açıqlamada nümayişlərin başa çatdığı ABŞ səfirliyinin təhlükəsizliyinin İraq qüvvələri tərəfindən təmin edildiyi də bildirilib.

ABŞ-ın Bağdaddakı səfirliyi bütün konsulluq işlərinin dayandırıldığını açıqlayıb.

“Haşdi Şabi” təşkilatı tərəfdarlarını ABŞ-ın Bağdaddakı səfirliyinin qarşısından geri çəkilməyə çağırmış, lakin Hizbullah Briqadaları tərəfdarları bu çağırışı qəbul etməyərək bölgədə qalmaqda təkid etmişdi.

İraqın baş naziri Adil Əbdulmehdi bir gün əvvəl verilən açıqlamada “Haşdi Şabi” tərəfdarlarını dərhal Bağdaddakı ABŞ səfirliyindən çəkilməyə çağırmışdı.

Әlaqәli Xәbәrlәr