"Həmas" Fələstin qruplarına çağırış etdi

İsrail Fələstin hökuməti üçün toplanan vergilərdən ildə 43 milyon dollar özünə götürəcəyini nəzərdə tutan qərar qəbul edib.

1333325
"Həmas" Fələstin qruplarına çağırış etdi

 

"Həmas" İsrailin qərarına etiraz olaraq bütün Fələstin qruplarını birgə addım atmağa çağırıb. Təşkilatın sözçüsü Hazim Kasim yazılı açıqlamasında İsrailin qərarını "qarətgarliq" adlandırıb və “sionist zülmünün göstəricisi" deyib: “İsrail müdafiə naziri Naftali Bennettin quldurluğu və məhbuslara qarşı ardıcıl həyata keçirilən sionist tədbirləri bütün Fələstin qruplarının birləşməsinin nə qədər zəruri olduğunu bildirir. Fələstin hökuməti sionist tədbirlərə təslim olmamalı və qəbul edilən qərarlardan etiraz üçün bütün lazımi addımları atmalıdır".

  Qeyd edək ki, 29 dekabrda İsrailin müdafiə naziri Bennettinin Fələstin üçün toplanan vergilərdən ildə 43 milyon dollar götürülməsini nəzərdə tutan təklifi İsrail Təhlükəsizlik Kabineti yığıncağında müzakirə olunaraq qəbul edilib.



Әlaqәli Xәbәrlәr