İran neft tankerini müsadirə etdi

İran İnqilab Keşikçiləri Korpuzunun dəniz qüvvələri Fars körfəzində qanunsuz yanacaq daşıyan tankeri müsadirə etdi. Gəmi göyərtəsindəki 16 əcnəbini saxladı.

1332278
İran neft tankerini müsadirə etdi

İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin 5-ci bölgə Komandiri Əli Əzəmayi İRNA xəbər agentliyinə açıqlamasında mövzu ilə bağlı məlumat verib. O:

“1 milyon 312 min litr qaçaq maye yanacaq daşıyan gəmi Əbu Musa adası yaxınlığında müsadirə edildi. 16 nəfərdən ibarət gəmi heyəti nəzarətə alındı”.

əzəmayi, gəminin hansı ölkəyə aid olduğuna dair məlumat verməyib.



Әlaqәli Xәbәrlәr