Türkiyənin Suriya sərhədinə köç davam edir

Suriyanın İdlib şəhərinə istiqamətli hücumlar səbəbindən son iki sutka ərzində Türkiyə sərhədinə daha 20 min nəfər köç etdi.

1332017
Türkiyənin Suriya sərhədinə köç davam edir

 

  Noyabr ayının əvvəlindən bəri Türkiyə sərhədinə gələn məcburi köçkünlərin sayı 284 min nəfərə çatıb.

  Rusiya, Əsəd rejimi və İran dəstəkli qrupların hücumlarında azalma qeydə alınsa da, bölgə xalqı bombardmanın yenidən başlayacağı ehtimalına qarşı sərhədə axışmaqda davam edir.

  Suriyaya Müdaxilə Koordinasiya direktoru Məhəmməd Hallacın məlumatına görə, 48 saat ərzində 20 min idlibli ailə Türkiyə sərhədinə köç edib, iki ay ərzində evini tərk edənlərin sayı isə 284 min nəfərə çatıb.

  Qeyd edək ki, Rusiya, Bəşər Əsəd rejimi və İran dəstəkli qrupların hücumları yenidən başlayarsa, İdlibin cənubundakı Cəbəl əz-Zeviyyə bölgəsindən də köçlər başlaya bilər.



Әlaqәli Xәbәrlәr