Putin ilə Merkel Liviya böhranını müzakirə etdi

Rusiya Dövlət Başçısı Vladimir Putin ilə Alman Kansleri Angela Merkel Liviyada davam edən böhran başda olmaqla Suriya və Ukrayna barədə danışıb.

1331538
Putin ilə Merkel Liviya böhranını müzakirə etdi

Kremlin Mətbuat Xidmətindən yayılan məlumata görə iki lider arasında baş tutan telefon danışığında Liviyada hökm sürən böhrana həll yolu tapmaq üçün Almaniyanın və Birləşmiş Millətlər Təşkilatının vasitəçiliyi istisna olmamaqla siyasi və diplomatik səylərin artırılmasının əhəmiyyətinə diqqət çəkilib. Suriya məsələsi, "Şimal axını-2" qaz boru kəməri layihəsi və Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya çatdırılmasını nəzərdə tutan razılaşması ilə bağlı müzakirə prosesi kimi mövzular gündəmə daxil edilib.

Bildirilib ki, iki lider Ukrayna ilə separatçılar arasında məhbusların mübadiləsi ilə əlaqəli atılan addımları yüksək qiymətləndirib.



Әlaqәli Xәbәrlәr