"İraqın işlərinə hər cür xarici müdaxiləyə qarşıyıq", B.Saleh

İraq Prezident Aparatının rəsmi saytından verilən məlumata görə...

1331409
"İraqın işlərinə hər cür xarici müdaxiləyə qarşıyıq", B.Saleh

 

 İraq prezidenti Berhem Saleh hal-hazırda yeni baş nazir namizədi olmadığı üçün siyasi böhranın yaşandığı İraqın işlərinə hər cür xarici müdaxiləyə qarşı olduqlarını açıqladı.

  İraq Prezident Aparatının rəsmi saytından verilən məlumata görə, ölkə başçısı B.Saleh Yaponiyanın İraqdakı səfiri Naofumi Hashimotonu paytaxt Bağdaddakı Salam Sarayında qəbul edib.

  İki ölkə arasında həmrəylik və əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə toxunulan görüşdə İraqın yenidən abadlığı ilə bağlı Yaponiyanın təcrübələrindən faydalanıla biləcəyi qeyd olunub.

  İraq prezidenti ölkəsində yaşanan son proseslərə toxunaraq deyib: “Xalqın iradəsinə hörmət edərək islahatları reallaşdırılmaq lazımdır. Ölkənin işlərinə hər cür xarici müdaxiləyə qarşıyıq."



Әlaqәli Xәbәrlәr