Türkiyənin Fövqəladə Hallar İdarəsi İdlib şəhərində dinc vətəndaşlara yardımlarını davam etdirir

Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) Suriyanın İdlib şəhərində rejim qüvvələrinin hücumlarından qaçan dinc vətəndaşlara yardımlarını davam etdirir.

1329778
Türkiyənin Fövqəladə Hallar İdarəsi İdlib şəhərində dinc vətəndaşlara yardımlarını davam etdirir
afad idlib yardim1.jpg

Türkiyənin Fövqəladə Hallar İdarəsi (AFAD) Suriyanın İdlib şəhərində rejim qüvvələrinin hücumlarından qaçan dinc vətəndaşlara yardımlarını davam etdirir.

AFAD “twitter” səhifəsində İdlibdə mülki vətəndaşların yaşadığı çətin şərtlərlə əlaqədar videoçarx təqdim edib.

“İdlibdə rejim qüvvələrinin hücumlarından qaçan dinc sakinlər üçün humanitar yardımlarımız davam edir” başlığı altında təqdim olunan videoda çətin şərtlərdə həyatlarını davam edirən suriyalılara AFAD tərəfindən edilən humanitar yardımların görüntüləri yer alıb.

Görüntülərdə ayrıca AFAD əməkdaşları tərəfindən çadır qurulması, ədyal və ərzaq bağlamalarının paylanması da təqdim olunub.



Әlaqәli Xәbәrlәr