Taliban Xalq Sülh Hərəkatının 27 üzvünü qaçırdı

Taliban üzvü yaraqlılar Əfqanıstanın qərbindəki Fərah əyalətində Xalq Sülh Hərəkatının 27 üzvünü girov götürüblər.

1329493
Taliban Xalq Sülh Hərəkatının 27 üzvünü qaçırdı

Fərah polis idarəsinin Mətbuat katibi Muhahbullah Muhib hadisə ilə bağlı məlumat yayıb. Bildirib ki, Balabulaq qəsəbəsində Xalq Sülh Hərəkatının 27 üzvü terror təşkilatı Taliban silahlılar tərəfindən oğurlanıb. Muhibinin sözlərinə görə qaçırılan 27 nəfərin hara aparıldığına dair məlumat yoxdur. Terror təşkilatı Taliban isə hadisə ilə bağlı açıqlama verməyib.

 



Әlaqәli Xәbәrlәr