İdlibdə ev-eşiyindən edilənlər

Suriyanın İdlib şəhərində  Bəşər Əsəd rejimi və Rusiyanın hücumlarına görə son sutka ərzində daha 2 min dinc vətəndaş Türkiyə sərhədi yaxınlığına köç etmək məcburiyyətində qalıb.

1329597
İdlibdə ev-eşiyindən edilənlər

Suriyanın İdlib şəhərində  Bəşər Əsəd rejimi və Rusiyanın hücumlarına görə son sutka ərzində daha 2 min dinc vətəndaş Türkiyə sərhədi yaxınlığına köç etmək məcburiyyətində qalıb.

Rejim və ona dəstək olanların noyabr ayı əvvəlindən bəridir davam edən hücumları və 20 dekabrda başlatdıqları əməliyyat nəticəsində İdlibin cənub rayonlarındakı əhali Türkiyə sərhədi xəttinə sarı toplaşmaqda davam edir.

Ev-eşiklərindən edilən dinc vətəndaşlarla əlaqədar məlumat əldə etmə fəaliyyətlərini davam etdirən Suriya Müdaxilə Koordinatorluğu müdiri Məhəmməd Hallaj yağışlı havalardan qaçanların təcili sığınacaq yer, çadır, ədyal kimi materiallarla təmin edilməsinin vacibliyini bildirib.

Hallaj “Hər gün və hər saatdan bir məlumatlar aktual hala gətirilir. Ancaq əldə olunan məlumatları nizamlayırıq. Həqiqi rəqəmlər bundan çoxdur. Son sutka ərzində daha 2 min dinc vətəndaş ev-eşiyindən edildi. Noyabr ayının əvvəlindən bəridir 217 min dinc vətəndaş ev-eşiyindən edilib” deyib.



Әlaqәli Xәbәrlәr