“Türkiyi və İran əlaqələri daha da inkişaf etdirilməlidir”: Cehromi

Türkiyə və İran əlaqələri inkişaf etdirmək üçün güclü iradəyə sahib iki ölkədir. İki ölkə digital texnologiya sahəsində əməkdaşlıq edə bilər. Bunu İran İnformasiya Texnologiyaları naziri Cavad Azəri Cehromi deyib.

1328836
“Türkiyi və İran əlaqələri daha da inkişaf etdirilməlidir”: Cehromi

Türkiyənin nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan "Türkiyə-İran İnformasiya və Xəbərləşmə Sahələrində Əməkdaşlıq İş Qrupu Yığıncağına" qatılmaq üzrə səfərdə olduğu Tehranda Cehromi ilə bir araya gəlib. Cehromi danışıqlardan sonra verdiyi açıqlamada iki ölkənin ortaq hədəfləri üçün motivasiyaya sahib olduqlarını bildirib. Kənd təsərrüfatı və sənaye sahəsində əməkdaşlıq imkanına sahib Türkiyə - İran əlaqələrinin inkişafı üçün güclü iradə var deyib. Gələcəyin digital texnologiyadan asılı olduğuna diqqət çəkib.

Türkiyənin Nəqliyyat və İnfrastruktur nazirinin müavini Mehmet Cahit Turhan ilə ayın əvvəlində Azərbaycanın paytaxtı Bakıda keçirdiyi görüşə də toxunan Cehromi Türkiyədə keçirilməsi planlaşdırılan D-8 yığıncağına qatılacağını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr