Rusiyada “Su-57” tipli qırıcı təyyarə qəzaya uğrayıb

Rusiyanın Xabarovsk əyalətində “Su-57” tipli qırıcı təyyarə qəzaya uğrayıb.

1328536
Rusiyada “Su-57” tipli qırıcı təyyarə qəzaya uğrayıb

Tass xəbər agentliyinin məlumatına görə hadisə Komsomolsk-na-Amur administrasiyası yaxınlığında qeydə alınıb.

Bildirilib ki, təyyarə sınaq uçuşu keçirən zaman aerodromdan 111 kilometr kənarda qəzaya düşüb. Pilot katapult edə bilib, vəziyyəti normaldır.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiyanın araşdırmasından sonra məlum olacaq. Təyyarənin düşdüyü ərazidə ölən və ya xəsarət alan olmayıb.

 

 



Әlaqәli Xәbәrlәr