İdlibdə hava hücumları nəticəsində 8 dinc vətəndaş həlak olub

Rusiyanın Suriyadakı “İdlib deeskalasiya bölgəsi”ndə mülki yaşayış məntəqələrinə etdiyi hava hücumlarında əksəriyyəti uşaq olmaqla 8 dinc vətəndaş həyatını itirib.

1328821

Müxalifətə məxsus təyyarə müşahidə evinin məlumatına görə, rus döyüş təyyarələri Serakib qəsəbəsinin ətrafı ilə Marşrin, Babila və Cubas kəndlərinə hücum edib.

İdlib Mülki Müdafiə (Ağ dəbilqəlilər) dəstələrinin məlumatına görə, Cubas kəndində 5-i uşaq olmaqla cəmi 8 dinc vətəndaş həyatını itirdi.

Mülki Müdafiə  dəstələri bir tərəfdən axtarış-xilasetmə və dağıntıları təmizləmə işlərini davam etdirərkən, digər tərəfdən hücumlardan qaçan dinc vətəndaşları təhlükəsiz yerlərə aparmağa cəhd göstərir.

Rusiyaya məxsus döyüş təyyarələri ayrıca, dinc vətəndaşların bombalanan yaşayış məntəqələrindən Suriya-Türkiyə sərhədi yaxınlığındakı bölgələrə qaçış marşrutlarını da vurur.

Әlaqәli Xәbәrlәr