Bәşәr Әsәd rejimi 35 yaşayış mәntәqәsini nәzarәtinә keçirib

Bәşәr Әsәd rejimi Astana razılaşmasına baxmayaraq İran vә Rusiyanın da dәstәyi ilә İdlibin Cercenaz bölgәsini dә nәzarәtinә keçirib.

1328911
Bәşәr Әsәd rejimi 35 yaşayış mәntәqәsini nәzarәtinә keçirib

 

Bәşәr Әsәd rejimi Astana razılaşmasına baxmayaraq İran vә Rusiyanın da dәstәyi ilә İdlibin Cercenaz bölgәsini dә nәzarәtinә keçirib.

Mәlumata görә, rejim qüvvәlәri son dörd gün әrzindә 35 yaşayış mәntәqәsini nәzarәtinә keçirib.

Rejim qüvvәlәri  dünәn axşam saatlarından etibarәn İdlibin cәnub-şәrqindәki Cercenaz  bölgәsi ilә Hirbet Marata, Әbu Defne, Әl-Hadisә, Kefer Yasin, Salihiyә, Darüsselam, Әl-Falül vә Babulin kәndlәrini nәzarәtinә keçirib.

Belәliklә dekabrın 20-dәn etibarәn әmәliyyatlar keçirәn rejim qüvvәlәri 35 yaşayış mәntәqәsini nәzarәtinә keçirib.

Rejim qüvvәlәri daha әvvәl  Um Calal, Um Tüveynә, Kıt, Hirakı, Mıntar, Sıhal, Әs Sırc, Sәyyadi, Tel Şeyh, Furcә, Breysa, Rabia, Ureybә, Şara, Ebu Habbә, Mudeyrisә, Әbu Şerci, Krati, Krestene, Hülübbә, Tuh, Muaysurune, Tehtaaya, әbu Mekki, Sukeya vә Sırman bölgәlәrini nәzarәtinә keçirmişdi.

İdlibin  Maarratünnuman vә Serakib  qәsәbәlәrinә ağır zәrbәlәrin endirildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr