Rusiya Ermənistana TOR-M2KM hava müdafiə sistemi satdı

N.Paşinyan sosial media üzərindən paylaşdığı xəbərdə bildirib...

1327574
Rusiya Ermənistana TOR-M2KM hava müdafiə sistemi satdı

 

  Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsinə TOR-M2KM hava müdafiə mərmi sistemi sövq etdiyini açıqlayıb.

  N.Paşinyan sosial media üzərindən paylaşdığı xəbərdə bildirib:

  “Ermənistan Silahlı Qüvvələri Rusiya istehsalı olan yüksək texnologiya məhsulu TOR-M2KM hava müdafiə mərmi sisteminə sahib oldu. TOR-M2KM 2019-cu ildən istehsal edilir. Ədəd mövzusunda məlumat vermək istəmirəm, çünki bu, bir dövlət sirridir."

  Qeyd edək ki, Ermənistan bundan əvvəl Rusiyadan 12 ədəd Su-30 CM döyüş təyyarəsi almışdı.

  TOR-M2KM orta və uzun mənzilli seyr mərmiləri 5 metrə qədər dəniz səthi üstündən gələn gəmi mərmilərə, qanadlı və idarə olunan bombalara, pilotsuz uçan aparatlara, təyyarə və vertolyotlara maneə törədə bilir. Hər şəraitdə çalışa bilən bu havadan müdafiə mərmi sistemi daşıma həcmi olan hər hansı platformaya inteqrasiya olunur, 25 tonluq vinci 10 dəqiqədə qurulur, təxminən 140 hədəfi qəbul edir və ən təhlükəli dörd hədəfi eyni anda vurur.   



Әlaqәli Xәbәrlәr