Putin: “ABŞ-ın sanksiyalarına cavab veriləcək”

Amerika Birləşmiş Ştatları (ABŞ) Senatının Şimal Axını-2 təbii qaz boru kəmərinə sanksiya tətbiq edilməsini nəzərdə tutan müdafiə büdcəsini təsdiq etməsi xoşagəlməz və dostluq əlaqəlinə ziddir. Bunu Rusiya Dövlət Başçısı Vladimir Putin deyib.

1326345
Putin: “ABŞ-ın sanksiyalarına cavab veriləcək”

Putin paytaxt Moskvada təşkil etdiyi illik mətbuat konfransında gündəmdəki mövzulara münasibət bildirib.

ABŞ "Şimal axını-2" qaz boru kəmərininə sanksiya tətbiqini nəzərdə tutan müdafiə büdcəsinin Senatda təsdiqini qiymətləndirən Putin: “ Bu Rusiyaya qarşı xoşagəlməz rəftardır. Belə qərarlar iki ölkə arasındakı münasibətlərə zərbə endirər. Buna biganə qalmağımız söz mövzusu deyil”.

Putin Rusiya ilə Ukrayna arasında təbii qaz təchizatı və Rusiya qazının Ukrayna vasitəsilə Avropaya çatdırılması məsələsinə də toxunub: “Qazın Ukraynadan Avropaya göndərilməsi baha başa gəlsə də bu xətti qorumağa hazırıq. Türk Axını, Şimal Axın-2 kimi təbii qaz boru kəməri layihələrimizin olmasına baxmayaraq qazımızı Ukrayna üzərindən digər ölkələrə nəql etməyə davam edəcəyik. Ukraynanı 25 faiz endirimlə qalza təmin etməyə hazırıq. İstəyirik ki, Ukrayna qaz sazişindən razı olsun”-deyə Putin vurğulayıb.

Vladimir Putin, Dünya Antidopinq Agentliyinin (WADA) Rusiyanın dopinq qaydalarını pozduğunu irəli sürərək 4 il dünya çempionatına iştirakdan məhrum etdiyinə dair qərarının Olimpiya prinsiplərinə zidd olduğunu, bəzi idmançıların dopinqlə əlaqələrinin olmadığını ifadə edərək cəzaların fərdi olmasının vacibliyini vurğuladı.



Әlaqәli Xәbәrlәr