İran prezidenti Qǝtǝr əmiri ilǝ görüşdü

"Qətərə qarşı hər cür təzyiq və zorakılıqları qınayırıq", bunu İran prezidenti Həsən Ruhani deyib.

1326000
İran prezidenti Qǝtǝr əmiri ilǝ görüşdü
al sani.jpg
ruhani.jpg

 

  İran Prezident Aparatından yayılan məlumata görə, prezident Həsən Ruhani və Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani Malayziyada keçirilən 2019 Kuala Lumpur Sammiti çərçivəsində görüşüb.

  Bildirilib ki, Ruhani danışıqlar zamanı Qətər və ölkəsi arasındakı əlaqələrin gündən-günə yaxşılaşdığını bildirib və iki dövlətin müxtəlif sahələrdə daha güclü əməkdaşlıq etməsinin əhəmiyyətinə diqqət çəkib. Rəsmi Tehran və Dohanın mövcud iqtisadi vəziyyəti nəzərə alınaraq bir-birlərinin müxtəlif ehtiyaclarını təmin edəcək potensiala malik olduğunu, birgə investisiya sahəsində əməkdaşlıq edə biləcəklirini qeyd edib.

  Ruhani Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreynin Qətərlə bütün diplomatik münasibətləri dayandırması və hava məkanını Dohaya bağlaması ilə başlayan Körfəz böhranında İranın Qətərə dəstəyinin davam vetdiyini xatırladıb və  indən  sonra da davam edəcəyini bildirib.

  Qətər əmiri Şeyx Təmim ibn Hamed əl-Sani də İran və Qətər arasında xüsusi münasibətlərin olduğunu, İranın ölkəsinə qarşı sanksiyalara münasibətini yüksək qiymətləndirdiyini vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr