Mezari-Şərifdə bombalı hücum: yaralananlar olub

Əfqanıstanın şimalındakı Bəlx əyalətinin ən böyük şəhəri Mezari-Şərifdə velosipedə yerləşdirilən bombanın partlaması nəticəsində 18 nəfər yaralanıb.

1324522
Mezari-Şərifdə bombalı hücum: yaralananlar olub

 

  Anadolu Agentliyinin (AA) Bəlx polis idarəsinin sözçüsü Adilşah Adilə istinadən yaydığı məlumata görə, hadisə Alkozay Alkar türbəsinin yaxınında törədilib. Bildirilib ki, bomba ilə təchiz edilmiş velosiped yol polisi avtomobilinin keçdiyi əsnada partladılıb. 6-sı polis əməkdaşı olmaqla 18 nəfərin yaralandığı hadisə ilə bağlı istintaq başladılıb. Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.



Әlaqәli Xәbәrlәr