Beynəlxalq Əfv Təşkilatı İranda aksiyalarda ölənlərin sayını açıqladı

İranda benzin qiymətinin qalxmasına etiraz məqsədiylə keçirilən aksiyalarda 12-si uşaq olmaqla ən az 304 adam həyatını itirib.

1324221
Beynəlxalq Əfv Təşkilatı İranda aksiyalarda ölənlərin sayını açıqladı

Amnesty İnternational (Beynəlxalq əfv təşkilatı) mövzu ilə bağlı məlumat yayıb.

Təşkilatın Orta-şərq və Şimali Afrika üzrə direktoru Philip Lüter mövzu ilə əlaqəli yazılı açıqlamasında: “İran rejimi aksiyalar əsnasında yüzlərlə insanın öldüyünün ifşa olmasından qorxduğu üçün şahidlərin bu barədə danışmalarının qarşısını almağa çalışır. Onları danışmamaları üçün təhdid edir. İran bu zorakılıqdan dərhal imtina edərək həbs etdiyi günahsız insanları azadlığa buraxmalıdır. Aksiyalar zamanı 12-si uşaq olmaqla ən az 304 adam həyatını itirdi. Təhlükəsizlik qüvvələri silahsız etirazçılara atəş açaraq müdaxilə etdilər. Onların əksəriyyəti başlarından, ürəklərindən güllələndi. Həbs edilən və aralarında 15 yaşlı uşaqlar da olan minlərlə adam işgəncəyə məruz qalır”-deyə vurğulanıb.



Әlaqәli Xәbәrlәr