İranda hava çirkliliyi üzündən xəstəxanalara düşənlərin sayı

İran Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xalidinin bildirdiyinə görə...

1323572
İranda hava çirkliliyi üzündən xəstəxanalara düşənlərin sayı

 

  İrandakı hava çirkliliyi üzündən 1541 adam ürək narahatlığı və nəfəs darlığı şikayətlərilə xəstəxanalara müraciət edib.

  İran Təcili Yardım Təşkilatının sözçüsü Müctəba Xalidi Tehran, İsfahan, Elburz və mərkəzi əyalətlərdə son 24 saatda hava çirkliliyindən təsirlənən 1541 adamın təcili yardıma müraciət etdiyini söyləyərək deyib:

  “1051-i Tehranda olmaqla 570 adam nəfəs darlığı, 971 nəfər isə ürək narahatlığı ilə bağlı xəstəxanalara müraciət edib. Bütün bölgə sakinlərini zəruri olmadıqca küçəyə çıxmamağa və maska taxmağa çağırırıq”.

  Tehranda hava çirkliliyinin ümumi ölçüsü 120 kubmetr mikroqram olaraq təyin edilib.

  Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə də hava həssaslığı olan insanlardan kütləvi nəqliyyatdan istifadə etməmələri istənilib.

  Mərkəzi əyalətinə bağlı Arak şəhərində də hava çirkliliyilə bağlı bütün məktəblərə fasilə verilib.

  İsfahanda isə hava çirkliliyi 145 kubmetr mikroqramdır.

  Xuzistan əyalətinin mərkəzi Ahvaz şəhərində his görmə məsafəsini sıfıra endirib və təyyarə səfərləri təxirə salınıb.

  Xorasanın mərkəzi Məşhəd şəhərində də hava çirkliyinə görə məcbur qalmadıqca küçəyə çıxmamaları istənilib.

  Qeyd edək ki, Tehranda mart ayından bu yana ümumilikdə 52 gün havada çox çirklilik təsbit edilib. Buna səbəb əhali sıxlığı ilə yanaşı, köhnə maşınlar və motosikletlərdən çıxan zərərli qazların havaya sovrulması göstərilir.

  Tehran dünya üzrə şəhərlərdəki hava çirkliliyi sıralamasında 12-ci yerdədir.



Әlaqәli Xәbәrlәr