Suriya məsələsi ilə bağlı növbəti iclas paytaxt Nur Sultandanda keçirildi

Qazaxıstanın paytaxtı Nur Sultanda keçirilən Suriya məsələsi ilə bağlı növbəti yığıncaqda danışıqların ilk hissəsinə yəkun vuruldu.

1321327
Suriya məsələsi ilə bağlı növbəti iclas paytaxt Nur Sultandanda keçirildi

Qazaxıstanın paytaxtı Nur Sultanda,Türkiyə, Rusiya və İran nümayəndə  heyətlərinin  iştirakıyla dünən start götürən  Suriya   məsələsi  ilə  bağlı   növbəti  yığıncaqda  danışıqların   ilk  hissəsinə   yəkun  vuruldu. 

Qazaxıstanın paytaxtı Nur Sultandanda keçirilən  və  Türkiyəni Xarici işlər nazirinin müavini Sədat Önalın, Rusiyanı Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Alexander Lavrentievin, İranı isə Xarici işlər nazirinin müavini Hüseyin Cabiri Ənsarinin başçılığında nümayəndə heyətlərinin   təmsil  etdiyi  yığıncağa  dünən   Türkiyə  vaxtıyla   saat  9-da   start verildi. 

Türkiyənin  Xarici işlər nazirinin müavini Sədat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti  saat 11.00-də  Rusiya nümayəndə heyəti ilə görüşdü, daha sonra İran və BMT nümayəndə heyətləri ilə bir araya gəldi.

Rusiya nümayəndə heyətinin  BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenin rəhbərlik etdiyi nümayəndə heyətiylə  görüşündən  sonra   Türkiyə,  İran,  Rusiya nümayəndə  heyətləri  arasında üçtərəfli  görüş  baş tutdu.   

İclasda əsirlərin azad edilməsi və itkinlərin axtarışı başda olmaqla qaçqınların evlərinə qayıtması, beynəlxalq yığıncaq keçirilməsi, Suriyaya hümanitar yardımların intensivləşdirilməsi, Konstitusiya Komitəsinin işinin başlaması fonunda siyasi prosesin daha da inkişaf etdirilməsi kimi mövzular müzakirə edildi.

Qeyd  edək  ki,  20187-  ci  ildən   bəri   Türkiyə, Rusiya və İran   arasında  Suriya  məsələsinə  dair danışıqlar   davam  edir.



Әlaqәli Xәbәrlәr