Prezident Ruhani müzakirələrə hazır olduqlarını bildirib

Ölkədə sanksiyalardan asılı problemlərin həlli üçün danışıqlar daxil olmaqla lazımlı bütün addımları atmaqda hazırıq. Ancaq dövlətin qırmızı xətlərində güzəştə getmərik. Bunu İran prezident Həsən Ruhani deyib.

1321705
Prezident Ruhani müzakirələrə hazır olduqlarını bildirib

İranın rəsmi agentliyi IRNA-nın məlumatına görə Ruhani paytaxt Tehranda baş tutan Nazirlər Kabineti yığıncağında daxili və xarici siyasətə münasibət bildirib.

Ötən ay benzinin qiymətinin artırılması qərarının atılmış doğru addım olduğunu ifadə edən Ruhani : “Ölkədə benzin istehlakı gündə orta hesabla 20 milyon litr azaldı. Bu benzin ixracatımızın artacağı mənasını verir. Bundan əldə edəcəyimiz 7.1 milyard dollarlıq əlavə gəlir isə birbaşa xalqa paylanacaq. ABŞ-nın tətbiq etdiyi sanksiyalar səbəbiylə xalqımızın bir sıra çətinliklər ilə üz-üzə gəldiyinin idrakındayıq. Ancaq bəzi media qorqanları hökumətin bu sahədə atdığı addımları fərqli əks etdirir. Əlbətdək ki dövlətin gəliri, bankdarlıq və başda neft olmaqla bir çox məhsul ixracının azalması insanların həyatına mənfi təsir edir. Bu səbəblə ya lazımlı addımları ataraq sanksiya tətbiqini sona çatdırmalıyıq və ya düşmənə boyun endirmək məcburiyyətindəyik. Hökumət bunun üçün əlindən gələn səyi edir”- deyə Ruhani vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr