Pentaqon ABŞ-dakı Səudiyyə Ərəbistanı hərbçilərinin təlimini dayandırdı

ABŞ-ın müxtəlif bazalarında təlim keçən Səudiyyə Ərəbistanı hərbçilərinin təlimləri dayandırıldı. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bu barədə məlumat yayıb.

1321393
Pentaqon ABŞ-dakı Səudiyyə Ərəbistanı hərbçilərinin təlimini dayandırdı

ABŞ Müdafiə nazirinin müavini Devid Norquist mövzu ilə bağlı açıqlamasında 6 dekabrda Səudiyyə Ərəbistanı pilotunun Pensacola Dəniz aviabazasına hücumundan sonra ölkədə təlim keçən bütün xarici hərbçilərin yenidən yoxlanacaqlarını bildirib.

Rəsmi mənbələrə görə ABŞ-ın hərbi bazalarında cəmi 300 səudiyyəli pilot təlim keçir.

Qeyd edək ki, 16 mindən çox əsgər və 7,400 mülki personalın işlədiyi Pensacola Dəniz Hava Bazasında Səudiyyə Hava Qüvvələri mənsubu 21 yaşlı leytenant Məhəmməd Şamranın 6 Dekabrda təşkil etdiyi hücum nəticəsində 3 nəfər həyatını itirdi, 8-i yaralandı. Səudiyyəli cinayətkar hadisədən sonra təhlükəsizlik qüvvələri tərəfndən zərərsizləşdirildi.



Әlaqәli Xәbәrlәr