İraqda etiraz aksiyası zamanı bir jurnalist öldürülüb

Bu barәdә Bağdad Polis İdarәsindәn verilәn mәlumatda bildirilib.

1319161
İraqda etiraz aksiyası zamanı bir jurnalist öldürülüb

 

İraqın paytaxtı Bağdadda hökumәtә qarşı keçirilәn etiraz aksiyaları zamanı bir jurnalist öldürülüb.

Bu barәdә Bağdad Polis İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, hadisә Әl-Hallani meydanında baş verib.

Hәlak olan jurnalistә bıçaqla hücum edildiyi bildirilib. Mәlumatda jurnalistin Әl-Hallani meydanında baş verәn iğtişaşlar zamanı namәlum şәxslәr tәrәfindәn bıçaqlandığı qeyd olunub.

Jurnalistin İraqın paytaxtı Bağdadda keçirilәn etiraz aksiyalarını yaxından izlәdiyi bildirilib.

Qeyd edәk ki, dünәn Әl-Hallani meydanına namәlum şәxslәr tәrәfindәn basqın tәşkil edilib vә nümayişçilәrә atәş açılıb. Hadisә nәticәsindә 16 nәfәr hәlak olub. 70 nәfәr dә xәsarәt alıb.

Buna baxmayaraq Әl-Hallani meydanında aksiyalar davam etdirilib.



Әlaqәli Xәbәrlәr