YPG/PKK sıralarından qaçan gəncin etirafları

Suriyada silah təzyiqilə qoşulduğu terror təşkilatı YPG/PKK sıralarından qaçan ərəblərdən olan Abdulgani Ali Xəlil əl-Handak təşkilatın xüsusilə ərəbləri yaxaladığını və ön cəbhələrə göndərdiklərini söyləyib.

YPG/PKK sıralarından qaçan gəncin etirafları

Suriyada silah təzyiqilə qoşulduğu terror təşkilatı YPG/PKK sıralarından qaçan ərəblərdən olan Abdulgani Ali Xəlil əl-Handak təşkilatın xüsusilə ərəbləri yaxaladığını və ön cəbhələrə göndərdiklərini söyləyib.

“Sülh çeşməsi” əməliyyatından əvvəl YPG/PKK terrorçuları tərəfindən silahlandırılan Handak térror təşkilatının ərəblərə qarşı mövqeyini və terror təşkilatından qaçaraq Suriya Milli Ordusuna (SMO) təslim olma heyakəsini Tel Abyaddakı Anadolu agentliyinə (AA) danışıb.

23 yaşındakı Handak "Təşkilata qoşulmaq məcburiyyətində qaldım. Məni tutmamaları üçün onlardan iki il qaçdım. Yük maşını sürdüm. 2019-cu ilin əvvəllərində bir gün Karakozakda məni tutdular. Oradan məni Aynularabın (Kobani) qərb kəndindəki düşərgələrə apardılar" deyib.

Haseki vilayətində təzyilə tutulduğunu və silahlı təlimlərə tabe tutulduğunu ifadə edən Handak "Təhsil keçənlər arasında Suriyadan olanlarla yanaşı İraqın Kandil bölgəsindən gələn PKK mənsubları vardı. Bizə 'dövlət quracaqlarını, Türkiyəni vuracaklarını və hər kəsin gedəcəyini, onların qalacağını' söyləyirdilər" deyib.

Handak "Ən çox ərəbləri yaxalayıb silahlandırırdılar. Ərəbləri cəbhə bölgələrinə göndərərdilər, ancaq özləri arxada dayanırdılar. Bizə qarşı ayrı-seçkilik edirdilər" deyə bildirib.

“Sülh çeşməsi” əməliyyatları başlamazdan 10 gün əvvəl SMO əsgərlərilə əlaqə saxladığını qeyd edən Handak "Təxminən 9 ay onlarla birlikdə qaldım. (Əməliyyatdan əvvəl) Qaçsam ailəmi köç etdirəcəklərdi. Əmim uşaqlarını da tutacaqdılar. Mən onlarla birlikdə qalmalı idim" ifadəsini işlədib.

Handak əməliyyatdan sonra Ayn İsa bölgəsindəki SMO təşkilatından qaçmağı bacardığını dilə gətirib.

Suriyanın Müvəqqəti Hökümət başçısı Mustafa Əbdurrəhman bir gün əvvəl Rasulaynda verdiyi açıqlamada SMO-ya təslim olacaqları təqdirdə YPG/PKK təzyiqlə qoşulub cinayətə qarışmayanları əfv edəcəklərini bildirmişdi.



Әlaqәli Xәbәrlәr