V.Putin ABŞ-ın kosmosu hərbiləşdirmə planına reaksiya verdi

ABŞ kosmosu hərbiləşdirmək üçün planlar hazırlayır. Rusiya Prezidenti Vladimir Putin mövzu ilə əlaqəli açıqlama verib.

1317943
V.Putin ABŞ-ın kosmosu hərbiləşdirmə planına reaksiya verdi

Putin Soçidə keçirilən Rusiya Hərbi Dəniz Donanmasının inkişafı mövzulu yığıncaqda etdiyi çıxışında: “ ABŞ-nın hərbi-siyasi rəhbərliyi kosmosu hərbi əməliyyatların həyata keçirilə biləcəyi teatr olaraq görür. Böyük ölkələr müasir hərbi kosmik sistemlərini fəal inkişaf etdirir və texniki xüsusiyyətlərini müasirləşdirirlər. Ancaq ABŞ-ın bu hərəkətləri hərbi-siyasi gərginliyin yüksəlməsinə və Rusiyanın qarşılıqlı və asimmetrik tədbirlərlə cavab verməsini tələb edən yeni təhdidlərin ortaya çıxmasına səbəb ola bilər. Rusiya kosmosun silahlanmasını istəmir. Buna qarşı olduğunu hər platformada səsləndirir”-deyə Putin vurğulayıb.



Әlaqәli Xәbәrlәr