ABŞ Suriyada neft sahələrinə əlavə qüvvə göndərməkdə davam edir

ABŞ Suriyada terror təşkilatı YPG/PKK-nın işğalındakı neft sahələrində olan hərbi baza və məntəqələrinə əlavə qüvvə göndərdi.

1318419
ABŞ Suriyada neft sahələrinə əlavə qüvvə göndərməkdə davam edir

ABŞ Suriyada terror təşkilatı YPG/PKK-nın işğalındakı neft sahələrində olan hərbi baza və məntəqələrinə əlavə qüvvə göndərdi.

ABŞ ordusu Hasekə və Deyrizor vilayətlərində neft sahələrinin olduğu baza və hərbi məntəqələrinə İraq üzərindən hərbi və logistik əlavə qüvvə göndərməkdə davam edir.

Hasekedəki yerli qaynaqlardan əldə edilən məlumata görə, İraqda yerləşən ABŞ ünsürləri dekabrın 4-də gecə radələrində Simalka sərhəd-keçid məntəqəsi üzərindən Hasekinin Şəddadi bölgəsindəki Cibse neft sahəsinə 50 böyük yük maşını ilə hərbi konvoy göndərib.

ABŞ ordusu dekabrın 3-də də əl-Velid sərhəd-keçid məntəqəsindən personal daşıyan 9 zirəhli texnika və 50 əsfərdən ibarət əlavə gücünü Deyrizorun Ömər neft sahəsinə göndərmişdi.

Suriyada neft sahələrində hərbi mövcudluğunu gücləndirməyi məqsəd götürən ABŞ ordusu terror təşkilatı YPG/PKK-nın işğalındakı bu bölgələrdə patrul xidmətini də davam etdirir.

ABŞ qüvvələri Suriyada Haseke, Rakka və Deyrizor vilayətlərində YPG/PKK işğalındakı bölgələrdə cəmi 11 baza və hərbi məntəqədə xidmət göstərir.



Әlaqәli Xәbәrlәr