Yaponiya Fars körfəzində hərbi qüvvəl yerləşdirir

Yaponiya, Fars körfəzində naviqasiya təhlükəsizliyini təmin etmək məqsədiylə bölgədə hərbi qüvvə yerləşdirəcəyinə barədə Tehran rəhbərliyinə məlumat verdiyini bildirib.

1317636
Yaponiya Fars körfəzində hərbi qüvvəl yerləşdirir

Yaponiya Nazirlər Kabinetinin baş katibi və hökumət sözçüsü Yoshihide Suga bu barədə açıqlama verib. O : “Dünən baş nazir Abe Shinzo İran xarici işlər nazirinin müavini Abbas Arakçi ilə paytaxt Tokioda görüş keçirdi. Danışıq zamanı Fars körfəzinə hərbi qüvvə yerləşdirilməsi məsələsi müzakirə edildi.

İranın Fars Körfəzindəki ticarət gəmilərinin naviqasiya təhlükəsizliyinin bərpasına dair öhdəlikləri olduğu daha bir dəfə Arakçıya xatırladıldı. Məlumat toplamaq və ticarət nəqliyyatının təhlükəsiz reallaşması üçün Yaponiyanın Yaxın Şərqdə hərbi qüvvə yerləşdirməyi planlaşdırdığı bildirildi”.



Әlaqәli Xәbәrlәr