Özbəkistan və Rusiya birgə hərbi təlim keçirdi

Özbəkistan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən yayılan məlumata görə “Şərq-2019” hərbi təlimə Özbəkistan və Rusiya silahlı qüvvələri iştirak edib.

1317675
Özbəkistan və Rusiya birgə hərbi təlim keçirdi

Bildirilib ki Manevr ölkənin Şərqi Hərbi Bölgəsində yerləşən Qurumsaray təlim düşərgəsində keçirilib.

Manevr zamanı iki ölkə silahlı qüvvələri terrora qarşı mübarizə çərçivəsində gecə radələrində ölkəyə daxil olan terroristləri zərərsizləşdirmə planları sınaq edilib.

Rusiyanın Mərkəzi Hərbi Bölgəsinə bağlı Samara bazasındakı xüsusi təyinatlı qüvvələr tərkibində vəzifəli hərbçilər ilə Özbəkistanın Şərqi Hərbi Bölgəsinə bağlı əsgərlərin qatıldıqları manevrdə hərbi nəqliyyat vasitələri və pilotsuz uçuş aparatları istifadə olunub.

Özbək və Rus hərbi səlahiyyətlilər manevrin sonunda təşkil edilən mərasimdə hərbi təlimin iki ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətlərinin artmasında, hərbi hazırlıqları və beynəlxalq terrora qarşı mübarizə təcrübəsində qatqı təmin edəcəyini vurğulayıblar.

Qeyd edə ki, birgə təlim iki ölkə müdafiə nazirlikləri arasındakı əməkdaşlıq çərçivəsində keçirilib. İki ölkə daha əvvəl 12 il fasilədən sonra 2017-ci ildə birgə hərbi manevr keçirmişdi.

 



Әlaqәli Xәbәrlәr