Əbu Bəkr əl-Bağdadinin müavini Kərkükdə yaxalandı

DEAŞ-ın öldürülmüş sabiq başçısı Əbu Bəkr əl-Bağdadinin müavini, Əbu Haldun ləqəbli terrorçu Kərkükdə yaxalanıb.

1317136
Əbu Bəkr əl-Bağdadinin müavini Kərkükdə yaxalandı

Terror təşkilatı DEAŞ-ın öldürülmüş sabiq başçısı Əbu Bəkr əl-Bağdadinin müavini, Əbu Haldun ləqəbli terrorçu Kərkükdə yaxalanıb.

Yayılan məlumata görə, əldə edilən kəşfiyyatı qiymətləndirən polis bölmələri Kərkükün Havicə rayonunda bir binaya təşkil etdiyi basqında Bağdadinin müavini  Əbu Haldunu yaxalayıb.

Açıqlamada Şalan Ubeyd adlı ilə saxta şəxsiyyət vəsiqəsi daşıyan Əbu Haldunun həm Bağdadinin müavini, həm də Səlahəddin vilayətinin hərbi başçısı olduğu bildirilib.

Qeyd edək ki, DEAŞ terror təşkilatının başçısı Əbu Bəkir-əl Bağdadi oktaybr ayında Suriyanın şimalında yerləşən İdlib şəhərinin ətraf ərizilərindəki evlərdən birinə istiqamətli həyata keçirilən əməliyyat nəticəsində öldürülmüşdü.



Әlaqәli Xәbәrlәr