Rusiya və Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələrinin İdlibə hücumları nəticəsində 6 nəfər ölüb

Suriyada Rusiya və Bəşər Əsəd rejiminə məxsus döyüş təyyarələrinin İdlib gərginliyin azaldılması bölgəsinə istiqamətli hava hücumlarında 6 nəfər ölüb, ən az 20 isə nəfər yaralanıb.

Rus döyüş təyyarələri dekabrın 2-də İdlib şəhər mərkəzinə və cənubdakı Kefer Secne və Hiraki kəndlərinə havadan hücum edib.

Hava hücumlarında 4 nəfər həlak olub. Onlardan birinin məhkum, 3-nün isə məhkum yaxını olduğu bildirilib.Hücum nəticəsində ən az 20 nəfər yaralanıb. Əsəd rejiminin dünən axşam saatlarındakı Sirman və Keneyes kəndlərindəki hücumlarında isə iki dinc vətəndaş həyatını itirib.

Qeyd edək ki, Bəşər Əsəd rejiminə məxsus qırıcılar da dekabrın 2-də İdlibin cənubunda Marratinnuman və Serakib rayonları, Hulubbe, Ruffa, Sirman, Kenais, Tel Krisyan və Berse kəndlərinə havadan hücum təşkil ediblər. Serakib rayonu və Marratinnuman rayonlarında bazar yerlərinə edilən hücumlarda 14 mülki şəxs həyatını itirib, 27 nəfər yaralanıb.

Türkiyə ilə Rusiya arasında 17 sentyabr 2018-ci ildə imzalanan razılaşmadan bəridir İdlib gərginliyin azaldılması bölgəsinədə rejim və Rusiyanın hücumlarında 1300-dən çox dinc vətəndaş ölüb. Hücumların şiddətli olduğu bölgələrdən bir qədər sakit yerlərə və xüsusilə Türkiyə sərhədi yaxınlığına köç edənlərin sayı isə son bir ildə 1 milyonu keçib.

Әlaqәli Xәbәrlәr