Körfəz Əməkdaşlıq Şurası sammitinin tarixi açıqlandı

Körfəz Əməkdaşlıq Şurası sammiti 10 dekabrda Səudiyyə Ərəbistanında keçiriləcək. Bunu  Küveytin Baş naziri Sabah əl-Xalid əs-Sabah deyib.

1315792
Körfəz Əməkdaşlıq Şurası sammitinin tarixi açıqlandı

Baş naziri Sabah əl-Xalid əs-Sabah yerli   media   nümayəndələrini qəbulu  zamanı  mövzu  ilə   bağlı  açıqlama  verib.  O: “Küveyt əmiri Şeyx Sabah əl-Əhməd Caber əs-Sabahın səyləri   nəticəsində  Körfəz  məsələsinin  həlli   mövzusunda   bəzi   addımlar   atılır.    Qətərdə   baş   tutan  24-cü Körfəz Millətlər Kuboku və dekabrın 10-da Səudiyyə Ərəbistanının paytaxtı Riyadda keçiriləcək Körfəz Əməkdaşlıq Şurası  sammiti, Körfəz ölkələri arasındakı  qərginliyin  sona çatmasına töhfə  verəcək”. 

Fars körfəzinin  təhlükəsizliyi  ilə  əlaqəli “Hörmüz Sülh Təşəbbüsünə”  də   toxunan    Sabah,  bunun  qəbul   edilməsi   üçün İranın digər ölkələrlə əlaqələrini   normallaşdırmasının  vacibliyinə  diqqət çəkib.

Körfəz Əməkdaşlıq Şurasının  açıqlamasında  isə üzv ölkələr arasında həmrəyliyi, əməkdaşlığı və əlaqələri gücləndirmək üçün konstruktiv qərarlar qəbul edilməsinə  ümidvarlıq   bildirilib.  

Qeyd edək ki, Qətər və Körfəz ölkələri arasındakı böhran; 5 iyun 2017-ci il tarixində Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin  Qətərə siyasi   embarqo  qərarına   görə başlamışdı. 

 



Әlaqәli Xәbәrlәr