İraq parlamenti dekabrın 1-də baş nazirin istefası məsələsinə baxacaq

Ölkə Konstitusiyasına əsasən, baş nazirin istefası deputatların əksəriyyəti tərəfindən qəbul olunmalıdır.

1315342
İraq parlamenti dekabrın 1-də baş nazirin istefası məsələsinə baxacaq

 

  İraq parlamenti dekabrın 1-də növbədənkənar iclasında baş nazir Adil Əbdül Mehdinin istefası məsələsinə baxacaq.

  Əl-Hadat telekanalının məlumatın görə, hökumət başçısı 1 dekabrda ölkənin qanunverici orqanının sədrinə öz istefası haqqında rəsmi ərizə ilə müraciət edib.

  İraqın İNA xəbər agentliyi yazır ki, bu hadisə Nazirlər Kabinetinin fövqəladə iclasından sonra baş verib. Baş Nazir bu addımı hakimiyyətin dinc yolla təhvil verilməsinin vacibliyini nəzərə alaraq, xalqın maraqlarını və nümayişçilərin tələbini yerinə yetirmək üçün atdığını bildirib.

  Ölkə Konstitusiyasına əsasən, baş nazirin istefası deputatların əksəriyyəti tərəfindən qəbul olunmalıdır. Onun vəzifədən gedəcəyi təqdirdə hökumət üzvləri 30 gün ərzində Nazirlər Kabinetinin yeni rəhbəri təyin olunanadək öz səlahiyyətlərinin icrasını davam etdirəcəklər.

  Xatırladaq ki, İraqda iki aydır davam edən etiraz aksiyaları zamanı 400-dən çox insan həlak olub, 15 min nəfər yaralanıb.



Әlaqәli Xәbәrlәr