Şiə liderdən İraq hökumətinə istefa çağırışı

Etiraz aksiyaları səbəbindən çox daha adam ölməməsi və iğtişaşın qarşısının alına bilməsi üçün hökumət dərhal istefa verməlidir. Bunu İraqdakı Sədr Hərəkatının lideri Muqtada əl-Sədr deyib.

1314538
Şiə liderdən İraq hökumətinə istefa çağırışı

Şiə lider sosial media hesabından yaydığı açıqlamada: “Hökumətin istefa etməməsi iğtişaşın artmasına gətirib çıxaracaq”. Əl-sədr həmçinin vurğulayıb ki, korrupsiyada ittiham edilən hökumətə dəstək vermərəm”.

İranın Nəcəf Baş Konsulluğuna edilən hücuma da toxunan Əl-Sadr ölkənin ikinci bir Suriyaya çevrilməsinə zəmin yaradacaq addımlardan imtina edilməsini istəyib.

Qeyd edək ki, İraqda işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına qarşı keçirilən etiraz aksiyalarında bu günə dək 300-dən çox adam həyatını itirib, 15 mindən çox insan yaralanıb. Hökumətin açıqladığı islahat paketinə etibar göstərməyən aksiyaçılar təhlükəsizlik qüvvələrini həddindən artıq şiddət tətbiq etməkdə ittiham edərək Baş nazir Adil Abdulmehdi hökumətinin istefasını tələb edirlər.



Әlaqәli Xәbәrlәr