İraqın Nəcəf şəhərindəki nümayişlərdə ölənlərin sayı 18-ə çıxıb

İraqın cənubunda yerləşən və şiə əhalinin sıx yaşadığı Nəcəf şəhərində keçirilən hökumət əleyhinə nümayişlərdə təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 18 nəfər həyatını itirib, 350 nəfərə yaxın adam yaralanıb.

1314516

Ədliyyə Nazirliyinin Tibb İdarəsindən bir səlahiyyətlinin “Anadolu” xəbər agentliyinə verdiyi məlumata görə, ölən nümayişçilər həqiqi güllələrin dəyməsi nəticəsində həyatlarını itiriblər.

Nəcəfdəki hadisələrə şahid olanlar da mülki geyimli şəxslərin nümayişçilərə atəş açdığını söyləyiblər. Nəcəf Polis Müdirliyində vəzifəli polis əməkdaşı Xəlil İsmayıl terrorla mübarizədən bir qrupun Nəcəfə çatdığını bildirib.

Təhlükəsizliyi təmin etmək üçün şəhərin müxtəlif bölgələrindən olan terrorla mübarizə dəstələrinə xalqın böyük hörmətinin olduğu məlumdur.

Digər tərəfdən İraqın baş naziri Adil Əbdülmehdi Nəcəfdə təhlükəsizliyin təmini üçün general Əli əl-Haşimini hərbi komandir olaraq təyin etmişdi.

Nümayişçilər hökumətə qarşı təzyiqləri artırmaq məqsədilə 4 gündür Nasiriyədəki körpüləri yol hərəkətinə bağlayır.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ölkədə işsizliyə, korrupsiyaya, dövlət xidmətlərinin fəaliyyətinə qarşı etiraz nümayişləri getdikcə hökumətə qarşı çevrilib.

Әlaqәli Xәbәrlәr