İranın Baş konsulluğuna hücum təşkil edildi

İraqın cənub  ərazisində  yerləşən Nəcəf şəhərində hökumət əleyhinə   aksiyalar  zamanı  İranın şəhərdəki  Baş  Konsulluq  binasının  ətrafında  yanğın  törədilib.

1313842
İranın Baş konsulluğuna hücum təşkil edildi

Nəcəf  polis  idarəsindən  instend  ilə bağlı   yayılan  açıqlamada Bildirilir  ki,   Dünən bir qrup naməlum şəxs İranın Nəcəf şəhərindəki baş konsulluğuna hücum edib və binaya girişi yandırıb. İranın diplomatları yanğından 10 dəqiqə əvvəl İraq təhlükəsizlik qüvvələrinin nəzarəti altında konsulluq binasından çıxarılıb. Hadisədən sonra İranın İraqda olan digər konsulluqlarında təhlükəsizlik tədbirləri gücləndirilib.  Hadisə baş verən şəhərdə fövqəladə vəziyyət elan edib.

Xatırladaq  ki,    Daha  əvvəl  də  Nəcəfdə   hökumət  əleyhinə   keçirilən  aksiyalar zamanı İran Baş Konsulluğuna atəş açılmışdı.

İraqda işsizlik, korrupsiya və dövlət qulluğunun olmamasına qarşı keçirilən etiraz aksiyalarında bu günə qədər 300-dən çox adam  həyatını  itirib, 15 min  nəfər   xəsarət  alıb. 



Әlaqәli Xәbәrlәr