İranın dini lideri Əli Xamenei:”Nümayişlər təhlükəli sui-qəsd idi”

İranın dini lideri Əli Xamenei ölkəndə benzin qiymətinin qalxması ilə başlayan nümayişləri "hərtərəfli və təhlükəli sui-qəsd adlandırdı.

1313526
İranın dini lideri Əli Xamenei:”Nümayişlər təhlükəli sui-qəsd idi”

İranın dini lideri Ayətullah Seyid Əli Xamenei “Bəsic" Müqavimət Qüvvələrinin yaradılmasının 40 ildönümü münasibətilə yaydığı açıqlamada 10 gün əvvəl ölkədə baş vermiş iğtişaşlara toxunub. Ayətullah Xamenei bildirib ki, benzinin qiymətinin qalxmasını fürsət bilərək aranı qataraq cinayət törədənlərin qarşısı Zəncan və Təbrizdən başlanan xalq hərəkatı tərəfindən alınıb: "Düşmənlər bu planı hazırlamaq üçün çox pul xərclədilər. Dağıdıcılıq, qətl və pislikləri bir anda həyata keçirmək üçün bir fürsət axtarırdılar. Benzinin qalxması onlar üçün fürsət oldu və öz ordularını meydana gətirdilər. Lakin İran xalqının məntiqli rəftarı düşmən hərəkatını məhv etdi. Zəncan və Təbrizdən başlayan və hətta bəzi kəndlərə çatan xalq yürüşləri Tehranda başa çatdı. İran millətinin bu addımı imperializmə və beynəlxalq sionizmə ağır cavab idi və onları geri çəkilməyə məcbur etdi". Ayətullah Seyid Əli Xamenei həmçinin vurğulayıb ki, düşmənlərimiz bu böyük xalq hərəkatının mənasını və mesajını başa düşüblər: "Bu həftə həqiqətən İran xalqının izzətinin əlamətdar məqamı idi və Allaha şükür olsun, əziz xalqımıza təşəkkür edirik".



Әlaqәli Xәbәrlәr