İranda nümayişlərlə bağlı 7 min aksiyaçı saxlandı

İranda benzinin qiymətinin qalxmasına etiraz məqsədiylə keçirilən nümayişlərdə ən az 7 min nəfər saxlanıb.

1313355
İranda nümayişlərlə bağlı 7 min aksiyaçı saxlandı

İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü Hüseyn Nakavi Hüseyni bu barədə məlumat yayıb. O qeyd edib ki, keçən həftə ölkənin müxtəlif şəhərlərində benzin qiymətinin artırılmasına etiraz məqsədiylə keçirilən aksiyalarda 7 min adam nəzarə alındı. Ancaq rəsmilər mövzu ilə əlaqəli konkret açıqlama verməlidilər.

Xatırladaq ki, Amerika Birləşmiş Ştatlarının tətbiq etdiyi sanksiyalar səbəbiylə iqtisadi çətinliklər ilə üz-üzə gələn İran xalqı 15 Noyabrda benzinin qiymətinin qalxması ilə küçələrə axışdılar. Təşkil edilən nümayişlərə təhlükəsizlik qüvvələrinin müdaxiləsi sərt oldu. eləki beynəlxalq Amnesty təşkilatının hesabatına görə 143 adam həyatını itirdi.



Әlaqәli Xәbәrlәr