İraqda DEAŞ-a qarşı əməliyyat həyata keçirilib

İraqın Kərkük və Səlahəddin vilayətlərində terror təşkilatı DEAŞ üzvlərinə qarşı eyni vaxtda əməliyyat keçirilib.

1313012
İraqda DEAŞ-a qarşı əməliyyat həyata keçirilib

İraqın Kərkük və Səlahəddin vilayətlərində terror təşkilatı DEAŞ üzvlərinə qarşı eyni vaxtda əməliyyat keçirilib.

Kərkükdə Əməliyyatlar üzrə komandir general-leytenant (korgeneral) Saad Harbiye Kərkükün cənubunda və Salahaddinin Tuzhurmatu mahalı yaxınlığında başladılan əməliyyatın 3 gün davam etməsinin planlaşdırıldığını söyləyib.

Harbiye İraq Hərbi Hava Qüvvələrinə döyüş təyyarələrinin də dəstək verdiyini bildirib.

Terror təşkilatı DEAŞ 2014-cü ilin iyun ayında başda Mosul olmaqla İraq ərazisinin üçdə birini ələ keçirmişid.

İraq qüvvələri 2017-ci ilin dekabrında DEAŞ-ın əlində olan əraziləri geri almışdı.

DEAŞ-ın bölgədən çıxarılması və şəhərlərin geri alınmasına baxmayaraq təşkilat xüsusilə Kərkük, Diyala, Mosul, Səlahəddin və Enbar vilayətlərinin ərazilərində hücumlarını davam etdirir.



Әlaqәli Xәbәrlәr