İran aksiyalarla bağlı 4 ölkəyə təhdid yağdırdı

İranın İnqilab Keşikçiləri Ordusunun (SEPAH) baş komandanı general-mayor Hüseyn Səlami 4 ölkəyə xəbərdarlıq edərək, qırmızı xətləri keçməmələrini bildirib.

1312613
İran aksiyalarla bağlı 4 ölkəyə təhdid yağdırdı

İranda rejimi tərəfdarları ötən həftə ölkənin müxtəlif şəhərlərində benzinin qiymətinin qalmasına etiraz məqsədiylə keçirilə aksiyalara cavab olaraq paytaxt Tehranda nümayiş keçirdilər. Nümayiş zamanı ABŞ, İsrail və Səudiyyə Ərəbistanı və Böyük Britaniya əleyhinə şuarrlar səsləndirildi.

General-mayor Hüseyn Səlami mitinqdə etdiyi çıxışında son günlərdə ölkədə baş verən hadisələrə toxunaraq: “Bunu bilməliyik ki, son günlərdə küçələrdə başladılan bir müharibə ssenarisi idi. Bu müharibə bitdi və xalqımız çox yaxşı davrandı. Çox hörmətli və nəzakətli bir şəkildə düşmənin əlaltılarını sıralarından uzaqlaşdıran xalqımız bu gün də küçələrə çıxaraq, düşməni qorxutdu”.

General-mayor Səlami İsrail rejiminə də səslənərək: “Sionistlərə ABŞ-ı gözləməsinlər deyirəm, çünki (ABŞ) hər zaman gec gəlir. Siz məhv edildikdən sonra köməyinizə gəlir və həmin vaxt artıq gecdir”.

Düşmənlər milyardlarla dollar xərclədi, amma heç bir nəticə əldə edə bilmədi deyərək sözlərinə davam edən SEPAH-ın baş komandanı: “Ey böyük İran milləti! Onlar bizə qarşı iqtisadi müharibə aparırlar. Gizli məlumatlara əsaslanaraq, sizə bir xəbər verəcəyəm. Bu ölkələrin səfirlərindən biri digər səfirləri bir yerə toplayaraq onlara belə deyib: Avropalılara deyin ki, İran neft gəlirlərindən müstəqil olmağa hazırlaşır. Bir həll yolu tapın, yoxsa İran millətinin iqtisadiyyatı tez bir zamanda neftdən müstəqil olacaq.

Bir daha düşmənlərə söyləyirəm. ABŞ, Böyük Britaniya və Səudiyyə rejiminə səslənirəm. Bizi meydanlarda gördünüz. Siz sərt cavab aldınız və cavab verə bilmədiniz. Dünya cavablarımızın bəzilərini gördü, bəziləri isə görmədi. Gözləyin! Qırmızı xətləri keçsəniz, sizi məhv edəcəyik”.

 

 



Әlaqәli Xәbәrlәr