İnternetin kəsilməsilə bağlı kompensasiya verilməsi düşünülür

Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat verərək deyib...

1311500
İnternetin kəsilməsilə bağlı kompensasiya verilməsi düşünülür

 

  İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi internetin kəsildiyi müddətdə zərər çəkmiş şirkətlərə kompensasiya verilməsi üçün proqram hazırlandığını bildirib.

  Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmmədcavad Azəri Çəhromi məlumat verərək deyib:

  “Bəzi şirkətlər bir ay pulsuz internetlə təmin olunacaqlar. Proqram hökumət tərəfindən təsdiq edildikdən və ölkə prezidentinin müvafiq sərəncamından sonra kompensasiyalar veriləcək.

  ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara isə gülürük, çünki heç bir xarici dövlətdə bizə aid bank hesabı yoxdur. Ona görə də sanksiyalar mənasız və məntiqsiz görünür”.

  Xatırladaq ki, ötən həftə İranda baş verən iğtişaşlara görə ölkə ərazisində internet kəsilib. Nəticədə bir sıra dövlət və özəl şirkətlərin işində problem yaranıb, onlar maliyyə itkisinə məruz qalıblar.



Әlaqәli Xәbәrlәr