Bağdadda keçirilən nümayişlərdə 4 nəfər ölüb

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə nümayişlərə müdaxiləsi nəticəsində 4 nəfər ölüb.

1310945
Bağdadda keçirilən nümayişlərdə 4 nəfər ölüb

İraqın paytaxtı Bağdadda təhlükəsizlik qüvvələrinin hökumət əleyhinə nümayişlərə müdaxiləsi nəticəsində 4 nəfər ölüb.

Bağdadda təhlükəsizlik qüvvələri Sinek və Ahrar körpüsü arasındakı Rəşadiyə küçəsində nümayişçilərə həqiqi güllə və qaz bombaları ilə müdaxilə edib.

Xəstəxana qaynaqları nümayişçilərə edilən atəş nəticəsində 4 nəfərin həyatını itirdiyini, 40 nəfərin də qaz bombasından təsirləndiyini açıqlayıb.

Paytaxt Bağdadda noyabrın 21-də yenə həmin bölgədə yaşanan müdaxilə nəticəsində 3 nümayişçi həyatını itirmiş, 35 nümayişçi isə yaralanmışdı.



Әlaqәli Xәbәrlәr