İranın bəzi bölgələrində internetin bərpa olunduğu bildirilir

İranda benzinin qiymətinin artırılmasına etiraz etmək məqsədilə keçirilən nümayişlər səbəbindən ölkə miqyasında tətbiq olunan internetin kəsilməsinin bəzi bölgələrdə bərpa olunduğu bildirilib.

1310438

İranın “ISNA” xəbər agentliyinin məlumatına görə, ölkənin  cənubundakı Hormuzqan vilayətində “İnstagram” şəbəkəsi və “WhatsApp” mesenceri işə düşüb.

“Entekhab” xəbər saytının məlumatına görə isə, Tehran, Təbriz, Kirmanşah, Məşhəd və Qumun bəzi bölgələrində internet işə düşüb.

Yerli qaynaqlar isə, sözügedən bölgələrdə internetdən istifadənin qısa müddətli olduğunu, sonra isə yenidən kəsildiyini bildiriblər.

İnternetin kəsilməsi səbəbindən bankların iş görə bilmədiyi, internet üzərindən satış reallaşdıran şirkətlərin fəaliyyətlərini davam etdirə bilmədikləri, idxalat və ixracın düşdüyü bildirildikdə, bu qərarın ölkəyə gündəlik milyardlarla dollar zərərinin olduğu ifadə edilib.

Әlaqәli Xәbәrlәr