Terror təşkilatı Azəz və Tel Abyadda dinc vətəndaşlara hücum edib

Terror təşkilatı YPG/PKK-nın Suriyanın Tel Rıfat qəsəbəsindən Azəzə etdiyi hücum nəticəsində dinc vətəndaşlardan biri həyatını itirib.

1309189
Terror təşkilatı Azəz və Tel Abyadda dinc vətəndaşlara hücum edib

Terror təşkilatı PKK/YPG-nin Suriyanın Tel Abyad qəsəbəsinin Curn kəndinə minaatanlarla hücumu nəticəsində məktəb vurulub. Dinc vətəndaşlardan üç nəfər hücum nəticəsində həlak olub, 8 adam isə yaralanıb.

 YPG/PKK-nın Suriyanın Tel Rıfat qəsəbəsindən Azəzə etdiyi hücum nəticəsində isə dinc vətəndaşlardan biri həyatını itirib.

Terrorçular Tel Rıfatda yerləşdikləri Minnag məntəqəsindən Türkiyənin Kilis şəhərinin qarşısındakı Suriya torpaqlarında yerləşən Azəz qəsəbə mərkəzinə atəş açıb.

Türkiyə Silahlı Qüvvələri terrorçuların olduğu mövqeləri haubitsalarla atəşə tutub.



Әlaqәli Xәbәrlәr